Dünyanın Ən Böyük Ailələri
Ailələrini genişləndirmək üçün rekord qıran bir çox ailələr var.
Sfera.az dünyanın ən böyük 10 ailəsini təqdim edir.
1. Ziona Ailəsi
Ziona
Hindistanda anadan olub və 17 yaşında ilk həyat yoldaşı Zathianqi ilə evlənib. Dünyanın ən böyük ailələrindən birinə sahibdir. Onun 39 arvadı və 94 uşağı var. Ailədə çox insan olduğuna görə hər gün 90 kilo düyü və təxminən 60 kilo kartof yeyirlər. Bütün ailə 100 otaqlı binada yaşayır və dolanışığını heyvan və əkin-biçinlə təmin edir. Ziona həm də Chana pawl adlı hind xristian təriqətinin lideridir və bir gün İsa ilə birlikdə dünyaya hakim olacağına inanır.
2. Bates Ailəsi
Bates
Ailəsi Tennessidən olan 19 uşaqlı yevangelist ailədir. Valideynlər Gil və Kelli 1987-ci ildə evlənərkən 21 və 22 yaşlarında idilər. Onlar heç vaxt böyük bir ailə istəmirdilər, lakin ilk körpələrini dünyaya gətirdikdən sonra uşaq sahibi olmağa davam etdilər. Bundan sonra onlar ailələrini daha da genişləndirməyə davam etdilər. Onların sonuncu körpəsi 2012-ci ildə dünyaya gəlib. İndi onların 10 nəvəsi var, daha dördü yoldadır. Ailənin "Bringing Up Bates" adlı TV şousu da var.
3. Hann Ailəsi
Dandidən olan bu ailə, ehtimal ki, Şotlandiyanın ən böyük ailəsidir. Emma və Royun yaşları 2 ilə 25 arasında 13 övladı var. Roy tibb işçisidir. 49 yaşlı Emma evdardır və həftədə 28 litr süd, 38 kilo çörək və 5 böyük qutu taxıl istehlak edən 10 uşağına baxır.
4. Radford Ailəsi
Noel və Sue Radford hələ uşaq ikən tanış olublar və ailə qurmaq üçün çox gözləməyiblər. İlk övladları Kristofer dünyaya gələndə Sue 14, Noel isə 18 yaşında idi. 21 uşağı olan ailə Britaniyanın ən böyük ailəsi kimi tanınır, daha bir uşaq isə yoldadır. Onlar yeni doğulan uşaqları Alfi ilə 22 nəfərlik ailə olublar. “15 Uşaq və Hesablama” adlı öz serialları var. Ailə İngiltərənin Morecambe şəhərində, əvvəllər baxım evi olan böyük bir evdə yaşayır və valideynlərdən qalma “Radford's Pie Company” adlı çörək sexini idarə edirlər.
5. Duggar Ailəsi
Cim və
Mişel 1980-ci ildə Arkanzasda tanış olublar. Mişel iman gətirmək istədiyini elan etdikdən sonra Cim Baptist kilsəsinin üzvü kimi onun yanına gedir. Onların sevgi hekayəsi elə o zaman başlayır. Dörd il sonra, Cimin 19, Mişelin isə 17 yaşı olanda evlənirlər. İlk övladları Coşua 1988-ci ildə dünyaya gəlib. Onların indiyədək 19 övladı. Yarısı evdə təhsil alır. Ailənin 17 nəvəsi var. Medianın diqqətini çəkən bu ailə də Radford ailəsi kimi “19 Uşaq və Hesablama” adlı serial çəkməyə başlayıblar.
6. Bonell Ailəsi
Ana, ata və 16 uşaqdan ibarət Bonell ailəsi Avstraliyanın ən böyük ailələrindən biridir. Artıq 50 yaşlarında olan Jeni əvvəlcə uşaq istəmirdi, amma əri Reyin fərqli planları var idi. İndi Bonell ailəsinin 4-29 yaş arasında 16 uşağı var. Çoxlu nəvələri olan ailə Kvinslenddə xoşbəxt yaşayır. Bütün bu izdihamı necə idarə etdikləri isə çox maraqlıdır. Jeni bir müsahibəsində ailədə hər kəsin ev işlərinə kömək etdiyini və alış-verişi böyük miqdarda etdiklərini bildirib.
7. Ionce Ailəsi
Kanadanın Abbotsford şəhərində yaşayan Alexandru İonce və həyat yoldaşı Livia 2008-ci ildə 18-ci övladlarını dünyaya gətirib. Beləliklə, bu ailə 20 nəfərdən ibarətdir. Əslində rumın olan cütlük 1990-cı ildən Kanadada yaşayır. Ailə başçısı inşaat işçisidir. Ailə Avropa və Britaniya mediasından çoxlu zənglər aldığını deyir. “CTV News”un məlumatına görə, ailə heç vaxt bu qədər uşaq sahibi olmağı planlaşdırmayıb. Onlar həyatın Allahdan gəldiyinə və bu həyatın davam etməsi üçün Allahın onlara rəhbərlik etməsinə icazə verdiyini deyir. Dünyanın ən böyük ailəsindən biri olacaqlarını heç vaxt düşünməyiblər.
8. Nikolenko ailəsi
Vladimir Putin kimi lidelərin (o vaxt məmur-red.) sayəsində Rusiyada çoxuşaqlı ailələrə Kremldə keçirilən xüsusi mərasimdə pul mükafatları da daxil olmaqla mükafatlar verilir. Ailələri daha çox uşaq sahibi olmağa təşviq etmək və azalan Rusiya əhalisinə kömək etmək hökumətin təşəbbüsünün bir hissəsi hesab olunur. Bu mükafatı alanlardan biri də 2010-cu ildə Nikolenkolar ailəsi olub. Lyudmila və Nikolay Nikolenkonun 6 övladı var, lakin daha çox uşaq sahibi olmaq istədikləri üçün 19 uşağı övladlığa götürüblər. Onların ümumilikdə 25 uşağı var. Bütün ailə Rusiyanın cənubunda birlikdə yaşayır.
9. Luiz Kosta De Oliviera Ailəsi
90-cı illərin əvvəllərində bu braziliyalı kişi müxtəlif qadınlardan ən azı 50 uşaq atası olub.
Əkinçiliklə məşğuldur. Birinci həyat yoldaşından 17, ikinci həyat yoldaşından da 17 övladı olub. İkinci evliliyi zamanı məşuqəsi ilə münasibətdən 15 övladı olub. Rio Grande de Nortenin şimalındakı Campo Grande şəhərində yaşayan Oliviera yerli qəzetlərdən birinə verdiyi müsahibədə:
"Qadınlar Allahın dünyada yaratdığı ən yaxşı şeydir"-deyə bildirib.
Oliviera bütün uşaqlarının adlarını bilmədiyini və tanımadığı başqa uşaqları da ola biləcəyini etiraf edib.
10. Daad Mohammed Al Balushi Ailəsi
Birləşmiş Ərəb Əmirliklərində yaşayan Daad Mohammed Al Balush özünü bir növ "super ata" kimi təsvir edir. Onun bu günə qədər ən azı 17 həyat yoldaşı olub. Adətən hər dəfə 4 həyat yoldaşı alıb. Bu, BƏƏ-də qanunla icazə verilən maksimum saydır. İndi yaşı 60-ı keçmiş kişi deyir ki, əgər icazə verilsəydi, əvvəllər evli olmasaydı, bir dəfəyə 20 qadınla evlənərdi. Həyat yoldaşlarının hər biri ayrı-ayrı yerlərdə dəbdəbəli həyat yaşayır və həftədə bir dəfə hamısı köhnə evində görüşür. O, yaxın gələcəkdə mütləq uşaq sayını 100-ə çatdıracağını deyir. O, ailə həyatına bənzərsiz perspektiv qatdığını, bütün dünyada və Pakistanda media sensasiyası yaratdığını deyir. “Khaleej Times” qəzeti bu adamı “Daddy Cool” kimi təsvir edir.
Xanım
Sfera.az