"PlayStation 5 Pro"nun xüsusiyyətləri AÇIQLANDI

Sony keçən il öz oyun konsolu "PlayStation 5"in slim versiyasını elan etmişdi. Hələ rəsmi açıqlama olmasa da, "PlayStation 5 Pro"nun bəzi xüsusiyyətləri sızdırılıb.

 

Sfera.az xəbər verir ki, “Moore's Law is Dead” adlı “YouTube” kanalı, "PS5 Pro"nun bəzi xüsusiyyətlərini əhatə edən təfərrüatları açıqlayıb.

 

Məlumatda "PS5 Pro"nun emal gücü baxımından standart "PlayStation 5"dən təxminən 45 faiz daha sürətli olacağı və şüa izləmənin standart "PS5"dən iki-dörd dəfə daha çox dəstək alacağı iddia edilib.

 

Həmçinin qeyd edilib ki, standart "PlayStation 5"də 10,28 teraflop olduğu halda, "PS5 Pro"nun yeni versiyasında bu rəqəm 33,5 olacaq.

 

Məlumata görə, "PS5 Pro" konsolu 2024-cü ilin sonunda buraxılacaq. 

 

Fidan


OXŞAR XƏBƏRLƏR