Xoşbəxtlik və uğur mənasını verən simvol necə nasistlərin Svastikasına çevrildi ?
Swastika (Svastika) bütün dünyada ən çox nifrət edilən simvollardan biridir. Nasist dövrünün ən böyük simvollarından biri olan bu simvol o dövrdə bir çox insanı sözün əsl mənasında hipnoz edib.
Lakin bu simvol ilk dəfə Adolf Hitler tərəfindən istifadə edilməmişdir.
Sfera.az Svastikanın qədim tarixini təqdim edir.
Swastika sözünün mənşəyi sanskrit dilindədir.
Su (yaxşı) və asti (olmaq) sözlərinin və “ka” şəkilçisinin birləşməsindən yaranan bu söz yaxşı, xoşbəxt və sağlam olmaq mənalarını ifadə edir.
Svastikanın dörd qolu dörd kosmik gücü (od, su, hava, torpaq) simvollaşdırır.
Qolları saat əqrəbinə döndərilmiş svastika uğur, şans və maariflənməni təmsil edir.
Qollarının əks istiqamətə yönəldilmiş forması gecəni və uğursuzluğu simvollaşdırır.
Ən qədim Svastika simvolu e.ə. Ukraynada 10.000 il əvvələ aid fil sümüyü parçasının üzərində tapılıb.
20-ci əsrdə kapitalizmin daha çox hiss olunan təzyiqi bəşəriyyəti yeni axtarışlar dövrünə sövq etdi.
İnsanlar ənənəvi inanc sistemlərindən uzaqlaşaraq mistisizm, ezoterizm və okkultizmə üz tutmağa başladılar.
Bu dövrdə Himalay Krallığı dünyada axtardıqlarını tapa bilməyən bir çox səyahətçinin dayanacağına çevrildi.
Bu səyyahlardan biri medyumluq və parapsixoloji məsələləri araşdırmaq üçün 1875-ci ildə Nyu Yorkda Teosofiya Cəmiyyətini quran Helena Petrovna Blavatsky idi.
Yelena Petrovna Blavatski bu səfərin sonunda nasist ideologiyasının əsasını təşkil edən “Gizli doktrina” (1888) kitabını yazdı.
Bu kitab müasir dövrdə yenidən gündəmə gələn ezoterik və mistik fikirlərin parlaq nümunəsi idi. Kitabın əsasını Tibetdə yeddi ezoterik simvol təşkil edirdi. Bu simvollar arasında ən əhəmiyyətlisi Svastika idi.
Madam Blavatski hər bir simvolu bəşəriyyətin təkamül mərhələsi ilə müəyyənləşdirirdi.
Bəşəriyyəti qaranlıqdan işığa daşıyacaq və insan təkamülündə yeni bir inqilab yaradacaq nəsil irqi Aryan adlanırdı.
Tarixin ən qədim simvollarından biri kimi tanınan Svastika, nasistlərin onu qəbul etməsindən təxminən yarım əsr əvvəl bütün dünyada uğuru təmsil edirdi.
Alman əsgərləri İkinci Dünya Müharibəsi zamanı svastikanı özlərinin simvolu qəbul etdilər. İkinci Dünya Müharibəsi illərində də svastikanı uğur obyekti hesab edirdilər.
Bu uğur simvollarının istehsalının arxasında nasist ideologiyasının formalaşmasında təsirli olan Guido Von Listin xatirəsinə yaradılmış List Cəmiyyəti dayanırdı.
Ən məşhur alman mistiki Guido Von List alman mistisizmi üzrə mütəxəssis idi. Müxtəlif müstəqil tezisləri öz düşüncələri ilə birləşdirərək “armanizm” adlandırdığı inanc sistemini yaratmışdır.
Svastika simvolunun Milli Sosialist Alman Fəhlə Partiyasının emblemi olması ideyası diş həkimi Dr. Fridrix Krohna məxsus idi.
Krohn svastikanı 45 dərəcə fırladıb və qırmızı- ağ fonda yerləşdirib.
Hitler bu simvolu 7 avqust 1920-ci ildə Zalsburq konqresində partiyanın emblemi kimi qəbul etdi.
Təəssüf ki, uğur və şansı təmsil edən bu işarə indi bir çoxlarının ağlına vəhşiliyi, müharibəni, qanı gətirir…
Aynil
Sfera.az