Yusif Ağayev: "Onun kimi veriliş aparsam, məni ölkədən qovarlar"
Tanınmış aparıcı Yusif Ağayev yenicag.az-a müsahibə verib. Milli.Az həmin müsahibəni təqdim edir: - Veriliş zamanı bəzən atmacalarınız olur, qonaqlarınız buna görə sizdən incimir? - Heç kimlə problem yaşamamışam. Yəqin ki, qəlbində inciyənlər olub, amma bunu biruzə verməyib. - Etiraf edək ki, sancmağınız var. - Sancmaq deyəndə ki, həqiqəti danışıram. Amma çalışıram verilişimə gələn qonağın qəlbini qırmayım. Mən özümü o qonağın yerində qoyuram, düşünürəm ki, əgər vaxtını ayırıb verilişimə