Fədayə Laçın görün neçə il azadlıqdan məhrum edilə bilər - VƏKİLLƏR DANIŞDI
Kateqoriya məlum deyil
Xəbər verdiyimiz kimi, tanınmış müğənni Fədayə Laçın Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
BiG.AZ xəbər verir ki, Fədayə Laçın 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə həbs olunub. O, mütəşəkkil dəstənin üzvü olub.

Məsələ ilə bağlı BiG.Az-a danışan tanınmış vəkil Əsabəli Mustafayev müğənninin 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə biləcəyini qeyd etdi:
"Həmin maddəyə əsasən Fədayə Laçın 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər. Amma istintaqın gedişindən çox şey asılıdır. Yeni məqamlar aşkarlana və sübuta yetirilərsə bu maddə daha da ağırlaşa bilər. Hər bir halda istintaq müddətində həbs edilibsə onun sonrakı mərhələdə həbs olunma ehtimalı yüksəkdir. Hesab etmirəm ki, hər hansısa bir yüngülləşdirici hallar olsun və bu məsələ azadlığa çıxmaqla nəticələnsin".

Lakin vəkil Elçin Namazlı Fədayə Laçına şərti cəzanın verilməsinin mümkün olduğunu və yaxud həbsin digər alternativ cəza növü ilə əvəzlənə biləcəyini bildirdi:
"Hazırda dəqiqliklə Fədayə Laçının günahkar olub olmadığını demək çox çətindir. Əgər onun əməlləri təsdiqini taparsa 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər. İstintaqın gedişatından da çox şeylər asılıdır bu daha ağır və yaxud daha yüngül nəticələrlə də nəticələnə bilər. Belə ki, hazırda məsələ ictimai əhəmiyyət daşıdığı üçün dərhal Fədayə xanım həbs edildi. Lakin ictimai yükü ağır olmayan işlərdə az ağır işlərdə qadınlar nadir hallarda istintaq müddətində həbs edilir. Məsələnin ictimai əhəmiyyəti azaldıqdan sonra Fədayə xanım ev dustaqlığına da buraxıla bilər, yaxud digər alternativ cəza növləri ilə cəzalandırıla bilər.
Ölkə başçısının fevral ayında penitensiar xidmətdə təkmilləşdirilmə ilə bağlı imzaladığı sərəncamda da az ağır cinayətlərdə qeyri həbs cəza metodlarının seçilməsi də öz əksini tapıb. Ona görə də Fədayə xanımın bu az ağır cinayətlər kateqoriyasına aid olan bu əməli şərti cəza ilə yaxud hər hansısa bir cərimə ilə, ev dustaqlığı ilə əvəzlənə bilər".