"Titrəyə-titrəyə oxuyuram ki, onun başına daha pis hadisələr gəlməsin" - Tanınmış aktrisa - FOTO
Əməkdar artist Kəmalə Müzəffərin Milli.Az-a müsahibəsi. - Kəmalə xanım, son zamanlar serialdan başqa heç bir yerdə görünmürsünüz. Sözün düzü, sonuncu dəfə yazılı müsahibənizi nə vaxt, harada oxuduğumu da unutmuşam. Olmaya mətbuatdan gizlənirsiniz, özünüzə qapanmısınız? - Xeyr, sadaladıqlarınızın heç biri baş verməyib. Teatrda tamaşalarımı oynayıram, serialıma çəkilirəm. Bir sözlə, işlərimlə məşğulam. Siz bu yaxınlarda mənim tamaşama da gəlmişdiniz, gördünüz ki, teatrdayam. Sadəcə olaraq, mən