Logo

Canlı yayımda həbsdən çıxan müğənniyə ZƏNG GƏLDİ - Qoluna zəncir vuracam - FOTO

Canlı yayımda həbsdən çıxan müğənniyə ZƏNG GƏLDİ - Qoluna zəncir vuracam - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov bu yaxınlarda həbsdən çıxdığından xəbərdarsınız.

Milli.Az xəbər verir ki, bu gün atası ilə ATV telekanalında Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" veriulişində qonaq olan Emil Rəhmanov sürprizlə qarşılaşıb.

Belə ki, aparıcı studiyaya zəng olduğunu bildirib. Telefonun o başında əməkdar artist Teymur Əmrah olub.

Peşəkar müğənni vaxtı ilə Konservatoriyada tələbəsi olduğu Emilə üzünü tutub:

"Mən istəyirəm ki, sən "Heydər Əliyev sarayı"nda konsert verəsən. Amma bir şərtlə - Mən sənin, efirdə gülməli də olsa, o ayağına, qoluna zəncir vuracam. Orkestr gələcək məşq edəcəksən. Sarayda konsert verməyini istəyirəm. Çünki bir verilişə çıxırsan, o veriliş YouTube-yə qoyulan kimi baxış çox olur. Bu insanı sevirlər. Ağlın başında olmalıdır, dəvət etdikləri hər yerə getmə. Biz də uşaq olmuşuq, bizi niyə dəvət etmirdilər. Biz də gedə bilərdik. Olmaz! Emil Rəhmanov çox əməkdar, xalq artistlərindən gözəl ifa edir".

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR