“Fəryad” filminə çəkiləndə ağlaya bilmirdim” - Əməkdar artist
Əməkdar artist Sənubər İsgəndərli "Dikdaban” proqramında qonaq olub. O, illər öncə çəkildiyi "Fəryad” filmi ilə bağlı danışıb. "Fəryad” filmi çəkiləndə Ceyhun dedi ki, mənə kömək elə. Dedim ki, buyrun, əlimdən nə gəlirsə, edərəm. Mənə utana-utana dedi ki, xırda epizoddur, amma ümumiləşdirilmiş Azərbaycan qadınıdır, onu canlandıracaqsan. Orada çəkilişim bir gün olub. Çəkiliş yerində xeyli əsgər toplanmışdı. Ceyhun mənə dedi ki, çalış, gözlərin dolsun. Məndə elə xüsusiyyət var ki, getdiyim yas