Logo

Üzeyir Mehdizadə:"Məni heç kim döyməyib"

Üzeyir Mehdizadə: "Məni heç kim döyməyib"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Üzeyir Mehdizadə Moskvada Rəqsanə İsmayılovanın restoranında köməkçisi ilə birlikdə döyülməsi xəbərinə açıqlama verib.

Hadisənin qısa mübahisə olduğunu bildirib və yeni fotosunu paylaşaraq yazıb:

"Gördüyünüz kimi hər şey qaydasındadır. Qısa məlumat verim:sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub, o da dərhal yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içində də iki qardaş arasında söz-söhbət olur. Şairlə nə dava-dalaş? Bir şəkil də paylaşdım ki, rahat olasız”.

Qeyd edək ki, Üzeyirin döyülməsi xəbərini Axşam.az saytı yaymışdı. Bildirilirdi ki, müğənni ilə köməkçisi Moskvada yaşayan azərbaycanlı iş adamları tərəfindən döyülüblər. Üzeyir yüngül xəsarətlər alsa da, köməkçisinin vəziyyəti yaxşı olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR