"Dünyam yıxıldı" - Rafael Dadaşovun qızı
"Mənim üçün əvəzolunmaz həm ata, həm də dost... Bir il keçir ki, səni itirdim. Dünyam yıxıldı”. Sfera.az xəbər verir ki, bunu Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova deyib. O, ölümündən bir il ötən aktyorla bağlı xatirələrini bölüşüb: "İndi adını daşıyan oğlumdan təsəlli alıram. Xalqın sevimlisi, böyükdən kiçiyə hər kəsin kumiri, atam... Mənə sənsiz o qədər çətindir ki, hər şey üstümə gəlir. Amma mən güclüyəm, bu gücü səndən almışam. Həmişə deyərdin güclü ol, qızım, atan kimi