Logo

Bu gün “Oskar”a namizədlərin adları açıqlanacaq

Bu gün “Oskar”a namizədlərin adları açıqlanacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün "Oskar”a namizədlərin adları açıqlanacaq.

Sfera.az xəbər verir ki, dünyanın ən prestijli mükafatına kimlərin və hansı filmlərin namizəd olacağı bəlli olacaq.

"Oskar” nominasiyalarında "Nomadland”, "Mank”, "Chicago 7” , "Minari” kimi filmlərin damğa vuracağı gözlənilir.

Aktrisa Priyanka Çopra və həyat yoldaşı, musiqiçi Nik Conas bu gün nominasiyaları elan edəcəklər.

Qeyd edək ki, bu il pandemiyaya görə mükafatlandırma mərasimlərinin çoxu aktyorların, tanınmış rejissorların, ssenaristlərin onlayn formada qoşulması ilə həyata keçirilib.

Ötən il "Oskar” mükafatının 92-ci təqdimat mərasimi Los-Ancelesdə keçirilib. İlk dəfə ingilis dilindən başqa bir dildə çəkilən film "Ən yaxşı film” mükafatı qazanıb.  Bu, Bong Joon Ho-nun rejissoru olduğu Cənubi Koreyanın "Parasite” filmi idi.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR