Murad Arifin bağ evinə ayı girdi - VİDEO
Murad Arifin Bakıdakı bağ evinə ayı girib. Sfera.az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında yazıb. “Mənim həyatımda bir tək ayı çatışmırdı... Səhər saat 5-in yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur-red.) setkasına cumur, yaxınlaşanlara hücum edirdi...”. “Belə məqamlarda hara zəng edək, gəlib aparsınlar zooparka filan? Birdən yenə gələr... İstəmirəm ki, kiminsə əlinə düşsün, həyətində saxlasın... Heyifdi”, - deyə o, sözlərinə əlavə