Uill Smitin həyat yoldaşı aylar sonra şillə qalmaqalına aydınlıq gətirdi: "Bu iki parlaq, istedadlı kişi..." 

Uill Smitin həyat yoldaşı aylar sonra şillə qalmaqalına aydınlıq gətirdi:

Amerikalı aktyor Uill Smitin həyat yoldaşı, ərinin komediya ustası Kris Roka şillə vurması ilə bağlı aylar sonra ilk dəfə danışıb.


Sfera.az bildirir ki, o, “Red Table Talk” adlı verilişdə səssizliyini pozub. 


Cada Smit hadisəni "şok" olaraq xarakterizə edərək bu fikirləri qeyd edib: 


“Oskar gecəsinə gəlincə, ümid edirəm ki, bu iki parlaq, istedadlı kişi danışmaq və barışmaq imkanı əldə edəcəklər. Bu gün dünyanın bu vəziyyətində hər ikisinə ehtiyacımız var. Və əslində hamımızın bir-birimizə əvvəlkindən daha çox ehtiyacımız yaranıb. O vaxtdan bəri, Uill və mən son 28 ildə etdiyimiz işi etməyə -  birlikdə yaşamaq deyilən bu şeyi başa düşməyə davam edirik”.


Xatırladaq ki, Los-Ancelesdə keçirilmiş 94-cü "Oskar" kino mükafatlarının təqdimat mərasimində aktyor Uill Smit həmkarı Kris Roka şillə vurmuşdu. O, bu addımı Kris Rokun onun həyat yoldaşının xəstəliyi ilə bağlı zarafatından sonra atmışdı. Bir müddət sonra Uill Smit hərəkətinə görə üzr istəmişdi.

Türkan 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Çinin məşhur markaları Azərbaycanda istehsal olunacaq? - AÇIQLAMA

Azərbaycan ixracı artırmaq üçün yüksək marka dəyəri olan məhsulların istehsalına nail olmalıdır. Çin son 20-30 ildə çoxlu sayda yeni markalar yaradıb və həmin m...

Tural Müseyibov: "Jurnalistlər mənim köməkçilərimdir" fikriniz bizə güc verir, CƏNAB PREZİDENT"

Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı dövlət başçısının milli mətbuat ənənələrinin qorunub...

Bu 6 tətbiq kartınızdakı pulları çəkir - Dərhal silin! - XƏBƏRDARLIQ

Texnologiya mütəxəssisləri son illərdə artan zərərli tətbiqlərlə bağlı yeni xəbərdarlıq yayıb.   Sfera.az xarici mətbuata istinadla xəbər verir ...

Son 3 ildə əhalinin kredit borcu iki dəfə artıb - Rəqəmlər

2021-ci ildən sonra əhalinin kredit borcu 2 dəfədən çox artıb.  Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, 2021-ci ilin...

Əfsanəvi futbolçu 29 illik həyat yoldaşından boşandı

Portuqaliyalı əfsanəvi futbolçu Luiş Fiqu həyat yoldaşı Helen Svedindən ayrılıb.   Sfera.az xəbər verir ki, buna səbəb onun “Real”da koma...

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günüdür

Hər il 28 Aprel dünyada Ümumdünya Əməyin və Sağlamlığın Mühafizəsi Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi – iş yerlərində əmək təhlükəsizliyinə, sağ...