Məşhur türkiyəli müğənni Priqojinə görə çətin anlar yaşadı - FOTOLAR
Moskvaya konsert vermək üçün gedən türkiyəli müğənni Petek Dinçöz qiyamla üz-üzə qalıb. Sfera.az bildirir ki, o, sosial media hesabından səhhəti ilə bağlı açıqlama verib. İfaçı internetə çıxış olmadığına görə heç kimlə əlaqə yarada bilmədiyini və vəziyyətlərinin yaxşı olduğunu deyib. “Saatlarla bizdən xəbər ala bilməyən ailəmizə, əzizlərimizə, hörmətli mətbuat mənsublarına Moskvadakı duruma görə gec də olsa, məlumat vermək istəyirəm. Həyat yoldaşım, vizajist, köməkçim və mən şənbə günü səhər