"Öyle bir geçer zaman ki"nin aktrisası üçüncü dəfə ana olacaq

"Öyle bir geçer zaman ki" serialıyla məşhurlaşan aktrisa Vilma Elles üçüncü dəfə ana olacaq.
 

Sfera.az bildirir ki, keçən il vəkil sevgilisi Mehmet Şah Çeliklə evlənən aktrisa bu barədə sosial media hesabından paylaşım edib. Sevənlərini bayram münasibətilə təbrik edən Elles hamilə olduğunu açıqlayıb.
 

“Hər kəsin bayramı mübarək! Xüsusilə bayram günlərində ailənin əhəmiyyəti hər zaman ön plana çıxır... Güclü ailə həyatın bütün çətinliklərini dəf etməyə imkan verir, sevinci qat-qat artırır. Bu möcüzəni yaşadığımız üçün çox minnətdarıq. Çox xoşbəxtik... Melodi, Milat, Mehmet Şah və mən çox həyəcanlıyıq. Uzun müddətdir ki, bu xoşbəxtliyi sizinlə bölüşməyi səbirsizliklə gözləyirdim”, - deyə aktrisa qeyd edib.

Elles hamiləliyinin 7-ci ayında olduğunu əlavə edib.


Türkan


OXŞAR XƏBƏRLƏR