“Atamın maşınını satıb borc ödədim” - Şəfəq Novruzova
“Pandemiyada çox geri düşdüm, çox şeyimi itirdim, demək olar ki, müflis oldum. Ötən aya qədər çox əziyyət çəkdim”. Sfera.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzova sosial şəbəkədə yazıb. O, biznesindəki uğursuzluqlardan və borclarından danışıb: “Pis günümdə özümü yaxşı göstərə bilməzdim. Çünki atam kimi təbii, səmimi, real bir insanam. Çox əziyyət çəkdim, hamı deyirdi Allahın sınağıdır. Gücüm, taqətim qalmamışdı. Tək qalmışdım, bütün ailənin