“Atamın maşınını satıb borc ödədim” - Şəfəq Novruzova

“Atamın maşınını satıb borc ödədim” - Şəfəq Novruzova

“Pandemiyada çox geri düşdüm, çox şeyimi itirdim, demək olar ki, müflis oldum. Ötən aya qədər çox əziyyət çəkdim” .

 

Sfera.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzova sosial şəbəkədə yazıb.

 

O, biznesindəki uğursuzluqlardan və borclarından danışıb:

 

“Pis günümdə özümü yaxşı göstərə bilməzdim. Çünki atam kimi təbii, səmimi, real bir insanam. Çox əziyyət çəkdim, hamı deyirdi Allahın sınağıdır. Gücüm, taqətim qalmamışdı. Tək qalmışdım, bütün ailənin yükü üzərimdə idi. Ağlınıza gəlməyəcək qədər borclandım. Sentyabrda bir möcüzə baş verdi. Mənə İrandan təklif gəldi və adıma aid olan salon brendimi satın almaq istədi. Salonumun şəbəkələrini açmaq istədilər. Məbləği yazmayacağam, amma razılaşdım.

 

6 ay boyunca hər ay bu məbləğ mənə gələcək. Bununla bütün borclarımı bağlayacağam. Əvvəlki həyatıma daha güclü formada qayıdacağam. Hər ay bütün xəyallarımı gerçəkləşdirəcəyəm. İnanıram ki, atam məni görür. Atamın maşınını belə satıb borca vermişdim, təkcə maşının nömrəsi qalmışdı, onu ölsəm də satmaram. Həmin avtomobili atama mən hədiyyə etmişdim.

 

Çalışın düşməyin. Mənim kimi saf olub pullarınızı dağıtmayın. Əlinizdəki pulları qoruyun ki, mənim başıma gələnlər sizin başınıza gəlməsin. Çünki pulun varsa, şöhrətin var. Hamı başına dolanır, düşəndə isə batırsan. Əlvida pis günlər, xoş gəldin yaxşı həyat. Müqavilə işləri bitəndən sonra bu maşınla bütün ailə üzvlərimiz atamı ziyarətə gedəcəyik”.

 

Qeyd edək ki, Ramiz Novruz 2022-ci ildə uzun sürən xərçəng xəstəliyindən vəfat edib.


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...