Röyanın keçmiş əri ondan danışdı: "Çox sevirəm..."
Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov “TikTok” sosial şəbəkəsində canlı yayım açıb. Sfera.az xəbər verir ki, yayım zamanı o, Röyanın mahnılarını səsləndirib. “Bahar” mahnısı səslənəndə bu parçanı niyə sevdiyini açıqlayıb: “Bahar” mahnısının sözlərinin hamısını biz yaşamışıq, çox maraqlı həyatımız olub. Bu səbəbdən bu mahnısını çox sevirəm”. Daha sonra o, qeyd edib ki, ümumiyyətlə, qadın sevəndə ömürlük olur, lakin bunun üçün ilk sevgi olmalıdır, digərləri isə boşdur.