"Alim Qasımova muğam oxuyanda düzgün oturmağı qəsdən öyrətmədim" - FOTO
"İfa edərkən oturmağın öz qaydası var". Sfera.az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı xanəndə, qəzəlxan Ağakərim Nafiz deyib. O bildirib ki, Xalq artisti Alim Qasımov da ifa edəndə düzgün oturmur: "Çünki bunu ona öyrətməmişəm. Qəsdən öyrətmədim, ona görə ki, o artıq elə şeyləri başqalarından öyrənməyə başlamışdı. O düz oturmur yerdə. Qafqaz xanəndəsi elə oturmaz. O, iranlıların oturma formasıdır. O, oturaq xalqlara aiddir, biz isə tərəkəməyik. Biz diz üstündə oturmalıyıq. Mən