"Elza sənətkardır, onu hamı başa düşmür" -Zami

"Elza sənətkardır, onu hamı başa düşmür" -Zami
Kateqoriya məlum deyil
T

Əməkdar artist Lalə Məmmədova və müğənni Zamiq Hüseynov "İki başlı" proqramında qonaq olublar.

 

Sfera.az xəbər verir ki, verilişdə L.Məmmədovadan "Elza Seyidcahanla, yoxsa Əli Mirəliyevlə birlikdə qalmaq istəyərdiniz" deyə, soruşulub:

 

O, cavabında "Elza ilə. Əli Mirəliyevlə də dil taparam, amma Elza xanımla maraqlı olar" deyə, bildirib.

 

Zamiq onun bu sözlərini təsdiqləyib və bəzi verilişlərdə E.Seyidcahan haqqında səsləndirilən fikirləri qınayıb:

 

"Elza sənətkardır. Onu hamı başa düşmür. Bəzən "xırda verilişlər" olur ki, Elza xanımı lağa qoyurlar, bu, mənim xətrimə dəyir. Elza xanım böyük sənətkardır. O, adi bir insan deyil".

 

Axşam.az

PAYLAŞ