“Tənbəl kimi qələmə verildikcə özümə qapanıram”
Müğənni Aysel Əlizadə son dövrlər həyatında baş verən dəyişikliklərdən danışıb.
Sfera.az xəbər verir ki, sənətçi bu barədə “İncə səhər” verilişində bəhs edib. O bildirib ki, son vaxtlar həyata, işə və insanlara münasibəti dəyişib:
“Hər şey dəyişib. İnsan böyüdükcə həyata baxış bucağı dəyişir. İşə, dostlarına yanaşman fərqli olur. Özünə qapanıq insanam. Ətrafda məni pozitiv Aysel kimi tanıyırlar. Daxilimdə isə çox tez inciyən, hər şeyi içimə atan və depressiya yaşayan biriyəm.
Tənbəl kimi qələmə verildiyim müddətdə özümə qapanıram. Bir ildən çoxdur öz enerjimi, sevgimi işimə verməyə çalışıram. Butik açdım, nələr etdim. Onlar da zaman aldı, enerji sərf etdim. Son qərar olaraq dedim ki, dayanaq. Mənim ən gözəl işim səsimdir, sənətimdir. Onunla düzgün məşğul olsam, uğur qazana bilərəm”.






