Məşhur aktyor xanımı Dua Lipanı Nesrin Cavadzadə ilə səhv saldı
Kateqoriya məlum deyil
Məşhur aktyor Callum Turnerin sosial şəbəkədə etdiyi yanlışlıq gündəm olub.
Sfera.az xəbər verir ki, aktyor türkiyəli aktrisa Nesrin Cavadzadenin "Instagram" hesabında paylaşdığı fotoya şərh yazarkən onu həyat yoldaşı, dünyaca məşhur müğənni Dua Lipa ilə səhv salıb.
Turner aktrisanın paylaşımına "Həmişəki kimi mükəmməlsən, əziz həyat yoldaşım" sözlərini yazıb.
Aktyorun bu şərhi qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər onun bu yanlışlığına maraqlı reaksiyalar veriblər.






