Logo

Mehmet Günsür Bakıya gəlir

Mehmet Günsür Bakıya gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin məşhur aktyoru Mehmet Günsür Bakıya gəlir.

Sfera.az xəbər verir ki, bu barədə o, azərbaycanlı pərəstişkarlarına ünvanladığı videomüraciətdə məlumat verib.

Belə ki, aktyor paytaxtımıza baş rolunu canlandırdığı “Aşk tesadüfleri sever 3” filminin Bakıda keçiriləcək qala gecəsində iştirak etmək üçün gələcək.

Qala gecəsi isə noyabrın 27-si saat 19:00-da “Dəniz Mall”da yerləşən “CineMastercard” kinoteatrında baş tutacaq.

Qeyd edək ki, ekran işində Mehmet Günsür Özgür, Devrim Özkan isə Mavi obrazını canlandırır. Filmin mövzusu orqan nəqli və bunun insan həyatındakı önəminə həsr olunub. Filmdən sonra M.Günsür və D.Özkan orqanlarını bağışladıqlarını açıqlayıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR