Logo

"Oğlum məmurdur, imkan vermərəm oxusun"

"Oğlum məmurdur, imkan vermərəm oxusun"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xalq artisti Ağadadaş Ağayev övladlarının müğənni olmasını istəmədiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb. O bildirib ki, oğlu Səbuhi vaxtilə onun tələbəsi olub və dörd il ona dərs deyib:

“Beş nəvəm var. Oğlum tələbəm olub. Dörd il dərs demişəm. Səbuhinin gözəl səsi var. Dövlət məmurudur. O vaxt toylara gedirdi, sonra dedi i, məmur olmaq istəyirəm. Dedim, əvvəl demişdim, dinləmədin. İndi get, məmur ol, müğənnilik çətin yoldur.

İstəmədim uşaqlarım müğənni olsun. Sənət yolum çətin olub, övladlarımın bunu yaşamasını istəmərəm. Medalın iki üzü olduğu kimi, bizim işimizin də çətin və asan tərəfi var. Bir oğul nəvəm var, adı Ağadadaşdır. Ömrüm olsun, onu da qoymaram oxumağa. Ağadadaş bir dənə olar”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR