"Siz ana deyilsiniz, mərhəmətiniz yoxdur?
Aktrisa Oksana Rəsulova Bakıda dayəsi tərəfindən döyüldüyü iddia edilən azyaşlı ilə bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, aktrisa valideynlərə səslənərək onları övladlarını dinləməyə çağırıb:
"Nə vaxta qədər ki, biz öz balalarımıza inanmayıb susacağıq, onları müdafiə etməyəcəyik, bu "zorakılıq" problemi başımızın üstündə olacaq? Baxın, mən öz övladlarımızdan yazıram, çünki hər bir azərbaycanlı övladı hər bir azərbaycanlı ananın övladı sayılır!
Mən sadəcə hələ də bir şeyi anlaya bilmirəm. Artıq o uşaqlara işgəncə verən “vəhşilərə” sözüm belə çatmır. Siz ana deyilsiniz? Və ya azərbaycanlı deyilsiniz? Və ya sizdə sadə insan mərhəməti, ədalət hissi yoxdur? Siz nə yeyib, nə içirsiniz axı? Siz kimsiniz?
Allahdan bir şey istəmişəm və hər zaman istəyəcəyəm: Allah bütün balaları qorusun, belə zalımlardan qorusun. Amin!”






