Tilbe
Yıldız Tilbe pulunu payladı: "Məni günaha batırırsınız”
Türkiyəli müğənni Yıldız Tilbe bank hesabındakı milyonlarla lirənin özündən xəbərsiz faiz hesabına yatırıldığını öyrəndikdən sonra sərt reaksiya verib. Sənətçi faiz gəlirini qəbul etməyərək həmin pulu ehtiyac sahiblərinə paylayıb. Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin “Gel Konuşalım” proqramının şərhçilərindən Seray Sever canlı yayımda danışıb. Severin sözlərinə görə, bank əməkdaşı Yıldız Tilbenin hesabında olan milyonlarla lirəni onun xəbəri olmadan faizli əmanətə yerləşdirib.
Maqazin22.10.2026 16:52

