Zaur Rzayevin vəziyyəti ağırdır

Zaur Rzayevin vəziyyəti ağırdır
Kateqoriya məlum deyil
T

Zaur Rzayevin səhhəti yenidən pisləşib.

Sfera.az xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.

Xalq artistinin ailəsi onun reanimasiyaya yerləşdirildiyini bildirib: “İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda müalicəsi davam edir”.

Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib./axşam.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR