"İstedadlı insanlar qapı arxasında qalıb"
Kateqoriya məlum deyil
T
Əməkdar artist Əkbər Əlizadə sənət aləmində istedadlı insanların diqqətdən kənarda qalmasından danışıb.
Sfera.az xəbər verir ki, aktyor bu barədə “Sevilən səhər” proqramında söz açıb. O bildirib ki, bəzən maddiyyat sevgi, sənət və insanlıqdan üstün tutulur:
“İstedadlı insanlar çoxdur, amma qapı arxasında qalıblar. Maddiyyat sevgini, sənəti, insanlığı üstələyir. Amma Azərbaycan istedadları tükənməzdir. Kiminsə istedadı aşıb-daşırsa, mütləq bir yerdən vurub çıxacaq".






