Aktrisa ittihama cavab verdi: “Fotoşəkil sübut etmir”
Kateqoriya məlum deyil
T
Oskar mükafatlı aktrisa Halle Beri keçmiş həyat yoldaşı Oliver Martinezin oğulları Maceoya qarşı zorakılıq göstərdiyi barədə iddialarını rədd edib.
Sfera.az xəbər verir ki, Martinez sentyabrın 26-da Berinin 13 yaşlı oğullarının boğazından sıxdığını iddia edərək fotoşəkil təqdim edib.
Nəticədə, məhkəmədən müvəqqəti uzaqlaşdırma qərarı alıb.
Beri isə məhkəməyə təqdim olunan fotoşəklin zorakılıq və ya xəsarət faktını sübut etmədiyini bildirib. Aktrisa oğlunun valideynləri arasındakı məhkəmə mübahisəsində ifadə verməsinin də əleyhinə çıxıb.
O, bunun uşağın psixoloji sağlamlığına və valideynləri ilə münasibətlərinə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
İradə Elsevər
Açar sözlər:






