Hadisə onun haqqında danışanda ağladı

Hadisə onun haqqında danışanda ağladı
Kateqoriya məlum deyil
T

Türkiyəli müğənni Hadise bacısı Hülya Açıkgözlə yaşadığı inciklik barədə danışarkən göz yaşlarını saxlaya bilməyib.

Sfera.az xəbər verir ki, 2018-ci ildə meneceri olan bacısı ilə yollarını ayıran müğənni aralarında ciddi fikir ayrılığı yarandığını açıqlayıb.

Hadisə mübahisənin səbəblərini açıqlaya bilməyəcəyini, çünki bu barədə danışmamaq üçün razılaşdıqlarını bildirib:

“Artıq danışmırıq, amma onu sevirəm”.

Hadisə həmin dövrdə ailədaxili problemlər yaşadığını, anasını da az gördüyünü və özünü çox tənha hiss etdiyini söyləyib. O, yaşadığı çətinlikləri aşmaq üçün terapevtdən dəstək aldığını da qeyd edib.

Müğənni keçmiş münasibətlərində də oxşar problemlərlə üzləşdiyini, tərəfdaşlarının əvvəlcə arzularını dəstəklədiklərini, sonradan isə onu dəyişdirməyə çalışdıqlarını bildirib. Hadisə gələcəkdə yenidən ailə qurmaq və ən azı iki bioloji övlad sahibi olmaq istədiyini də açıqlayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR