Məhkəmədən "Manifest"in qurucusu ilə bağlı qərar
Türkiyədə məşhur "Manifest" musiqi qrupunun qurucusu və meneceri Tolqa Akış azadlığa buraxılıb.
Sfera.az xəbər verir ki, İstanbulun 43-cü Asliye Cinayət Məhkəməsində keçirilən ilk məhkəmə iclasında Akışın məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılması barədə qərar qəbul olunub.
Məhkəmədə ifadə verən Akış 77 gündür törətmədiyini düşündüyü cinayətə görə həbsdə olduğunu bildirib. O, konsertdə seksual məzmunlu xoreoqrafiyanın əvvəlcədən planlaşdırılmadığını, nə özünün, nə də qrup üzvlərinin cinayət törətmək niyyətinin olmadığını deyib.
Məhkəmənin qərarına əsasən, Akışa ölkədən çıxış qadağası qoyulub. İş üzrə növbəti məhkəmə prosesi gələn ilin martın 18-nə təyin edilib.
Qeyd edək ki, Tolqa Akış avqustun 28-də saxlanılaraq həbs edilmişdi. O, qrupunun konsertindəki çıxışlarla əlaqədar “ədəbsiz məzmunlu materialların yayımlanmasına vasitəçilik etmək” ittihamı ilə mühakimə olunub. İttiham üzrə onun 6 aydan 3 ilədək azadlıqdan məhrum edilməsi tələb edilib.






