Logo

Məşhur aktrisa aclıq etdi: 38 kiloya düşdü

Məşhur aktrisa aclıq etdi: 38 kiloya düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli aktrisa Demet Evgar aktyor olmaq arzusu uğrunda yeniyetməlik illərində yaşadığı çətinliklərdən danışıb.

Sfera.az xəbər verir ki, 46 yaşlı aktrisa Ahmet Mümtaz Taylanın təqdim etdiyi “Empati” proqramında qonaq olarkən 17 yaşında konservatoriyada təhsil almaq üçün ailəsinə qarşı aclıq aksiyasına başladığını açıqlayıb.

Evgar bildirib ki, atası onun başqa ixtisas seçməsini istəyib. Lakin o, aktyorluq arzusundan imtina etməyərək yemək yeməməyə qərar verib. Nəticədə çəkisi 38 kiloqrama qədər düşüb, saçları tökülüb.

Aktrisa ailəsinin razılığını aldıqdan sonra səhhətini bərpa etməyə çalışdığını, konservatoriyaya qəbul imtahanlarına isə pariklə qatıldığını söyləyib.

Qeyd edək ki, Demet Evgar həm İzmir, həm də İstanbul konservatoriyalarına qəbul olunduğunu, sonradan Yıldız Kenterin dəvəti ilə İstanbulda təhsil almağa üstünlük verdiyini bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR