Hande Erçel görünüşü sosial medianı qarışdırdı - FOTO

Türkiyənin tanınmış aktrisası Hande Erçel yeni görünüşü ilə sosial media istifadəşilərinin diqqətini çəkib.
Sfera.az xəbər verir ki, karyerası və şəxsi həyatı ilə tez-tez magazin gündəminə gələn 32 yaşlı aktrisa bu dəfə fərqli saç stili ilə izləyicilərini təəccübləndirib.
Sosial şəbəkələrdə aktiv olan Erçel Instagram-da 32,2 milyon izləyicisi ilə həyatından müxtəlif görüntülər paylaşır.
Aktrisanın son paylaşımında saçlarının tamamilə sarı olduğu görünüb. Onu bu formada görən izləyicilər əvvəlcə Erçelin imicini dəyişdirdiyini düşünüblər.
Paylaşımın ardından sosial şəbəkələrdə “Həqiqətən saçını boyatmısan?”, “Sarı saç sənə yaraşmır” və “Gözlərimə inanmadım” kimi müxtəlif şərhlər yazılıb.
Lakin qısa müddət sonra məlum olub ki, Erçel saçlarını həqiqətən boyatmayıb. Aktrisanın yeni görünüşü üçün sarı-platin rəngli parikdən istifadə etdiyi ortaya çıxıb.
İradə Elsevər
Sfera.az







