Logo

Seda Sayan: "İtirdiyi komforta görə yanıb-yaxılır"

Seda Sayan: "İtirdiyi komforta görə yanıb-yaxılır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli müğənni Seda Sayan "Qalatasaray"ın futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara ilə bağlı fikirləri ilə gündəmə gəlib.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi cütlüyün ayrılığından sonra Vanda Naranın davranışlarını şərh edərək onun keçmiş həyat yoldaşını deyil, birlikdə yaşadığı dəbdəbəli həyatı itirdiyinə görə təəssüfləndiyini iddia edib.

"Vanda Nara itirdiyi komforta görə yanıb-yaxılır. Bir də belə bir var-dövlət mənbəyi tapa bilməz", - deyə Seda Sayan bildirib.

Müğənni Vanda Naranın Mauro İkardinin ayrılıqdan sonra da onun üçün darıxdığını düşündüyünü söyləyib. Lakin Sayanın qənaətinə görə, futbolçunun şəxsi həyatında hər şey qaydasındadır və o, hazırda xoşbəxtdir.

"İkardinin əzab çəkdiyini, onun üçün darıxdığını zənn edir. Halbuki belə bir şey yoxdur. Kişi olduqca xoşbəxtdir. Həyatında da çox gözəl, cazibədar bir qadın var", - deyə sənətçi fikirlərinə əlavə edib.

Seda Sayanın bu açıqlamaları Türkiyə maqazin gündəmində müzakirələrə səbəb olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR