Tom Kruzdan Bred Pitt barədə gözlənilməz sözlər

Tom Kruzdan Bred Pitt barədə gözlənilməz sözlər
Kateqoriya məlum deyil
T

Amerikalı aktyor Tom Kruz özünün “sonuncu kino ulduzu” adlandırılmasına münasibət bildirərkən həmkarı Bred Pittdən danışıb.

Sfera.az xəbər verir ki, 64 yaşlı aktyor “GQ” jurnalına müsahibəsində bu ifadə ilə razılaşmadığını bildirib. Kruz qeyd edib ki, müasir kinoda çoxsaylı istedadlı aktyorlar var.

O, Bred Pittin möhtəşəm aktyor, ulduz olmasını və böyük xarizmaya sahib olduğunu vurğulayıb.

Aktyor həmçinin kino sənətində təcrübənin və müxtəlif sənətkarlardan öyrənməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, aktyorlar çəkiliş meydançasında həmkarlarından öyrənir, daha sonra isə öz üslublarını formalaşdırırlar.

Xatırladaq ki, Tom Kruz və Bred Pitt 1994-cü ildə ekranlara çıxan “Vampirlə müsahibə” filmində birlikdə rol alıblar. Bu, iki məşhur aktyorun indiyədək eyni filmdəki yeganə əməkdaşlığıdır.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR