Tom
Tom Kruzdan Bred Pitt barədə gözlənilməz sözlər
Amerikalı aktyor Tom Kruz özünün “sonuncu kino ulduzu” adlandırılmasına münasibət bildirərkən həmkarı Bred Pittdən danışıb. Sfera.az xəbər verir ki, 64 yaşlı aktyor “GQ” jurnalına müsahibəsində bu ifadə ilə razılaşmadığını bildirib. Kruz qeyd edib ki, müasir kinoda çoxsaylı istedadlı aktyorlar var. O, Bred Pittin möhtəşəm aktyor, ulduz olmasını və böyük xarizmaya sahib olduğunu vurğulayıb. Aktyor həmçinin kino sənətində təcrübənin və müxtəlif sənətkarlardan öyrənməyin vacibliyini vurğulayıb.
Maqazin16.09.2026 16:32

