Conni Depp “Cek Sparrou” roluna qayıdır

Hollivud ulduzu Conni Depp “Karib dənizinin quldurları” seriyasının altıncı filmi üçün yenidən prodüserlərlə danışıqlara başlayıb. Filmin prodüseri Cerri Brukhaymer Depplə görüşdüklərini təsdiqləyib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Brukhaymer açıqlamasında Conni Depp ilə əlaqə saxladıqlarını bildirərək, yeni ssenari üzərində çalışdıqlarını deyib:
“Conni ilə əlaqədəyik, bir ssenari üzərində işləyirik. Ümid edirəm ki, bunu reallaşdıra biləcəyik”.
Yeni filmin əvvəlki ekran işlərindən fərqli süjet xəttinə malik olacağı gözlənilir. İddialara görə, filmin əsas qəhrəmanı Marqo Robbinin canlandıracağı obraz olacaq. Conni Depp isə layihədə əsas süjetə təsir edən mühüm ikinci dərəcəli obraz kimi yer alacaq.
Qeyd edək ki, “Karib dənizinin quldurları” seriyasının sonuncu filmi 2017-ci ildə “Salazarın qisası” adı ilə təqdim olunub. Seriyanın filmləri ümumilikdə 4,5 milyard dollardan çox kassa gəliri əldə edib.
Bəsti Rəfizadə






