Melaniya Tramp payızdan ekranlara gələcək

Melaniya Tramp payızdan ekranlara gələcək
Kateqoriya məlum deyil
T

ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında yeni sənədli serial bu payız "Amazon Prime Video" platformasında yayımlanacaq.

Sfera.az xəbər verir ki, bu barədə onun baş müşaviri Mark Bekman "Real America's Voice" kanalına açıqlamasında məlumat verib.

Mark Bekmanın sözlərinə görə, layihə yalnız "Amazon Prime Video" platformasında təqdim olunacaq və tamaşaçılara birinci xanımın indiyədək ictimaiyyətə məlum olmayan həyatından bəhs edəcək.

Serialda Melaniya Trampın həyat yoldaşı Donald Trampın ikinci prezidentlik dövrünün başlanğıcındakı fəaliyyəti, onun şəxsi həyatı və xeyriyyəçilik təşəbbüsləri əks olunacaq.

Yeni layihənin təqdimatı bu ilin əvvəlində nümayiş olunan və həm tənqidçilər, həm də kommersiya baxımından uğursuz hesab edilən "Melania" sənədli filmindən sonra baş tutur.

Məlumata görə, "Amazon MGM Studios" filmin yayım hüquqları üçün Melaniya Trampın prodüser şirkətinə 40 milyon ABŞ dolları ödəyib, marketinq xərclərinə isə əlavə 35 milyon dollar sərf edib. Bildirilir ki, bu məbləğin təxminən 28 milyon ABŞ dolları birbaşa Melaniya Trampa çatıb.

Filmin ümumi büdcəsi 75 milyon ABŞ dolları olsa da, dünya üzrə kinoteatrlardan cəmi 16,6 milyon ABŞ dolları gəlir əldə edib. Layihə həm maliyyə baxımından uğursuz nəticə göstərib, həm də ABŞ-də bəzi qanunvericilər tərəfindən federal korrupsiyaya qarşı qanunlara uyğunluğu baxımından tənqid olunub.

Buna baxmayaraq, "Amazon"un qurucusu Ceff Bezos bu investisiyanı "uğurlu biznes qərarı" adlandıraraq, şirkətin Donald Trampla əməkdaşlığının siyasi məqsəd daşımadığını bildirib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR