Logo

Britni Spirs öz zərgərlik brendini yaradır

Britni Spirs öz zərgərlik brendini yaradır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı pop ulduz Britni Spirs özünün "BTiny" adlı zərgərlik brendini satışa çıxarmağa hazırlaşır.

Sfera.az xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.

Müğənni artıq brendin rəsmi saytını təqdim edib. Hələlik saytdan məhsul sifariş etmək mümkün deyil. Bununla belə, maraqlananlar satışların başlanması barədə ilk məlumatı əldə etmək üçün elektron poçt ünvanlarını və ya telefon nömrələrini qeydiyyatdan keçirə bilərlər.

Brendin ana səhifəsində yer alan “23 illik hazırlıq” ifadəsi isə izləyicilərin diqqətini çəkib. Məlumata görə, Spirsin öz zərgərlik brendini yaratmaq ideyası hələ 2003-cü ildə yaranıb.

Ulduz son bir il ərzində zərgərlik kolleksiyası üzərində fəal işləyib. Lakin gələcək məhsulların dizaynı, qiymətləri və kolleksiyanın satışa çıxarılacağı dəqiq tarix hələ açıqlanmayıb.

Qeyd edək ki, Britni Spirs ötən günlərdə sosial şəbəkə hesabında açıq-saçıq rəqs videosu paylaşması ilə də gündəmə gəlmişdi.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR