Kuba səfirinin diplomatik fəaliyyəti başa çatdı - Foto

Kuba səfirinin diplomatik fəaliyyəti başa çatdı - Foto
Xarici işlər naziri Ceyhun Bayramov Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondonu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.

Bu barədə Sfera.az Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov iki dost ölkə olan Azərbaycan və Kuba arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə mövcud olan əməkdaşlıq münasibətlərini və ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoqu məmnunluqla qeyd edib. Nazir, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Hərəkatın fəal üzvü olan Kubanın dəstəyini, habelə sədrlik prioritetlərinin həyata keçirilməsi məsələsində dost ölkənin müsbət töhfəsini minnətdarlıqla vurğulayıb.

Nazir Ceyhun Bayramov, Azərbaycan hökumətinin Qoşulmama Hərəkatına üzv dövlətlər üçün təsis etdiyi təhsil təqaüdü proqramı çərçivəsində Kubadan tələbələrin ölkəmizdə təhsilini davam etdirməsinin xalqlar arasında əlaqələrin genişləndirilməsinə müsbət töhfə verəcəyini söyləyib. Həmçinin pandemiya dövründə Kubadan bir qrup həkimin Azərbaycana gəlməsinin xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığı səfirin diqqətinə çatdırılıb.

Səfir Alfredo Fidel Nieves Portuondo Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib. Fəaliyyəti müddətində Kuba Respublikası Prezidentinin Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfər etdiyini məmnunluqla xatırlayıb. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayıb.

Tərəflər iki ölkə arasında əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.Nazir Ceyhun Bayramov səfir Alfredo Fidel Nieves Portuondoya ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...