"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI
Azərbaycanda daha bir qız qaçırılıb. Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununla bağlı qızın atası onlarla əlaqə saxlayıb: “Neçə gündür ki, bir bəy zəng edib ürək ağrısı ilə qızını axtardığını deyir. Qızı yetkinlik yaşına çatmayıb və evlilik məqsədi ilə qaçırılıb. Qaçıran şəxs də azyaşlıdır. Ata deyir ki, mən qızımı oxuduram, onun gələcəyi var, onun arxasında durmuşam. Qızını qaçıranların cəza almasını, eləcə də övladının