Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO
Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Sfera.az -a məlumat verilib. Qeyd olunub ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Fərid Məmmədov, Xasay Mədətov, Cəfər Məmmədov, Gündüz Əliyev, Elnur Eynanxa və İsmayıl Məmmədov saxlanılıblar. “Həmin şəxslərdən heroin, metamfetamin və marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanların