"Lotu Quli"nin düşməni azad edilərək Bakıya göndərildi - FOTO - VİDEO
Kriminal dairələrdə "Emin Hacıqabullu” kimi tanınan azərbaycanlı Emin Əhmədov yanvarın 25-də Rusiyada azadlığa buraxılıb. Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, 36 yaşlı azərbaycanlı Krasnoyarskda cəzasını çəkirdi. O, soyğunçuluq, mütəşəkkil cinayətlər və qətl cəhdinə görə 2007-ci ildə ittiham edilmişdi. Emin Əhmədov 13 il həbsdə olub. Cinayətkar bu vaxt ərzində Çuvaşıya, Kareliya, Maqadan və Vladimir vilayətlərində, həmçinin Krasnoyarsk diyarında cəza çəkib. Həbsdən azad edilməsi