Azərbaycanda neft quyusundan oğurluq edənlər tutuldu – CİNAYƏT BAŞINDA

Azərbaycanda neft quyusundan oğurluq edənlər tutuldu – CİNAYƏT BAŞINDA
Şirvanda oğurluğa cəhd etmiş 2 nəfər tutulub.

 Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları, Cənub Elektrik Stansiyanın yaxınlığında yerləşən neft quyusunun borularını dəmir kəsən mişarla kəsib oğurlamağa cəhd göstərən 2 nəfəri müəyyən edib. Əməliyyat tədbiri nəticəsində Şirvan şəhər Çılpaqlı qəsəbə sakinləri, 1995-ci il təvəllüdlü Əzimov Qaraxan Sərraf oğlu və 1994-cü il təvəllüdlü Zərbəliyev Şəmsəddin Elxan oğlu tutularaq maddi sübutla birlikdə ərazi üzrə Polis Şöbəsinə təhvil veriliblər.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.Publika

OXŞAR XƏBƏRLƏR