Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Kateqoriya məlum deyil
Gəncədə mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Sfera.az xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb.
Ustanın oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.
Hazırda faktla bağlı araşdırma davam edir.






