Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Kateqoriya məlum deyil
Oktyabrın 30-da polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 238 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Sfera.az xəbər verir ki, bu barədə DİN-dən bildilib.
"Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir", məlumatda deyilir.






