Kişilərdə ən çox rast gəlinən 5 xərçəng növü - 40 yaşdan sonra DİQQƏT

Kişilərdə ən çox rast gəlinən 5 xərçəng növü - 40 yaşdan sonra DİQQƏT

Kişilər qadınlara nisbətən daha çox xərçəngdən əziyyət çəkir. 

Əgər vaxtında xəstəlik diaqnoz olunsa, onların ömrü uzana bilər.

Sfera.az bildirir ki, medicina.az 40-45 yaşdan sonra kişilərdən daha çox aşkarlanan xərçəng növlərini araşdırıb.

Hansı orqanlarda nə kimi təhlükələr var?

1. Prostat xərçəngi

Kişilərin baş bəlası prostat 45 yaşdan sonra böyüyür, iltihabi proseslər çoxalır. Şiş demək olar ki, heç bir simptomla özünü göstərmir. Yalnız rektal müayinə zamanı həkim müşahidə edərsə, dərhal spesifiki PSA analizi vermək lazımdır. Əgər PSA normadan çox yüksək çıxarsa, biopsiya olunur. Ümumiyyətlə, 40 yaşından sonra  hər bir kişi 2-3 ildən bir PSA analizi verməlidir.

2. Ağciyərlərin xərçəngi

Siqaret və ekoloji mühit, hətta kişi siqaret çəkmirsə, passiv siqaret çəkmə, hətta tərgitsə belə, bu risk kişilərdə daha çoxdur. Heç bir əlamət vermir. Ancaq öskürəkdir. Əgər getdikcə dayandığınız yerdə də təngnəfəslik, sinədə ağrı, basqı, bəlğəmdə qan izi varsa, təcili ağciyərlərinizi dəqiq yoxladın

3. Bağırsaq xərçəngi

Yoğun və duz bağırsaq xərçəngi son zamanlar 65 yaşdan sonra kişilərdə ən çox diaqnoz olunur. Nəcisin qaralması, qəbizliklər, hemorroyun ağırlaşması, qan təcili siqnallardır. Bəzən bağırsaq polipləri illər sonra xərçəngə çevrilir. 45 yaşından sonra 3-4 ildən bir kolonoskopiya etdirmək həyat qurtarır.

4. Sidik kisəsi xərçəngi

Sidiyə getmənin çətinləşməsi, sidikdə qan artıq işarədir. Kişilərdə bu xərçəng çox rast gəlinir, amma ən asan növü də budur.

5. Limfoma

Boyunda, sinədə, qasıqda, qolaltında limfa düyünləri böyüyüb şişirsə və 10 gün ərzində kiçilmirsə, onkoloqa gedin. Daha çox alkoqol qəbul edənlərdə rast gəlinir. Kişi nə qədər yesə də arıqlayırsa, deməli limfomaya şübhədir. (milli.az)



OXŞAR XƏBƏRLƏR

KİV: "Blinken İsrailə səfər edəcək"

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.   Medianın x...

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...