İsmayıllı sakinindən odlu silah götürüldü
15:11 / 16.01.2022
1506
İsmayıllı sakinindən odlu silah götürülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zoğallıq kənd sakini Sənan Cavadovdan qanunsuz olaraq saxladığı "İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Onun barəsində protokol tərtib olunub və qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.