Logo

Azərbaycan Vyetnamdan nə alır? - ADLAR

Azərbaycan Vyetnamdan nə alır? - ADLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Vyetnam arasında son illərdə siyasi və iqtisadi əlaqələrin yaxşılaşması müşahidə edilir. Prezident İlham Əliyevin Vyetnama səfəri də siyasi, iqtisadi və ticarət əlaqələrinin daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bəs hazırda iki ölkə arasında ticarət dövriyyəsi hansı səviyyədədir və Azərbaycan Vyetnamdan əsasən hansı məhsulları idxal edir?

Sfera.az xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarında bu ölkədən ümumi idxalın həcmi 134,9 milyon dollar təşkil edib və bu məbləğin yarıdan çoxu (73 milyon dolları) məhz mobil telefonların payına düşüb.

Ümumilikdə Vyetnamla 641 adda məhsul üzrə ticarət əlaqəsi qurulub.

2026-cı ilin ilk 9 ayında Vyetnamdan 188 684 ədəd smartfon gətirilib.

Bundan başqa səs, təsvir və məlumatların ötürülməsi və emalı üçün kommutasiya avadanlıqları (4,9 milyon dollar), kompüter və ofis texnikasısı (4,6 milyon dollar), yaddaş qurğuları (2,5 milyon dollar), elektron modullar (2,4 milyon dollar) və printer və surətçıxarma aparatları (1,4 milyon dollar) alınıb.

Vyetnamdan adıçəkilən məhsullarla yanaşı tozsoranlar (2,9 milyon dollar), keşyu fındığı (2 milyon dollar) gətirilib.

Ümumilikdə, son illərdə Vyetnamdan Azərbaycana elektronika mallarının idxalında artım müşahidə edilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR