Logo

Böyük korporasiyalar hansı ölkələri seçir? - İqtisadçı AÇIQLADI

Böyük korporasiyalar hansı ölkələri seçir? - İqtisadçı AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin deputatı Zahid Oruc dünyanın 100 ən iri korporasiyasının Azərbaycanda daimi təmsil olunması üçün hökumətə xüsusi fəaliyyət proqramı hazırlamağı təklif edib. Deputat bildirib ki, bu məqsədə çatmaq üçün vergi və gömrük qanunvericiliyi ilə yanaşı, mülkiyyət hüquqlarının qorunması, maliyyə xidmətlərinin rəqabətqabiliyyətliliyi və işgüzar mühitin proqnozlaşdırıla bilməsi də vacibdir.

Bəs qlobal investorlar sərmayə yatıracaqları ölkəni seçərkən hansı amilləri nəzərə alırlar? Azərbaycan iri korporasiyaları cəlb etmək üçün hansı imkanlara malikdir?

İqtisadçı Eldəniz Əmirov Sfera.az-a xarici investisiyaların cəlb olunması ilə bağlı açıqlamasında bildirib ki, qlobal investorlar dünyanın ən böyük korporasiyalarıdır:

“Onların ölkəyə cəlb olunması üçün əsas məsələ həmin ölkədə nə qədər qazanacaqlarından daha çox yatırdıqları vəsaiti itirməmələri, yəni sərmayələrinin təhlükəsizliyidir. Burada siyasi, hərbi, iqtisadi və maliyyə təhlükəsizliyi, eləcə də hüquqi məsələlər nəzərə alınır. Yəni bu korporasiyalar investisiya mühitini bütövlükdə qiymətləndirirlər. Bu gün Azərbaycan xarici investisiyaların cəlb olunması baxımından Gürcüstan, Ermənistan, hətta Orta Asiya respublikaları ilə rəqabət aparır. Böyük korporasiya düşünür ki, Azərbaycana, yoxsa Özbəkistana sərmayə yatırsın? Gürcüstanı, yoxsa Qazaxıstanı seçsin? Ermənistana, yoxsa Gürcüstana investisiya qoysun?”.

Böyük korporasiyalar hansı ölkələri seçir? - İqtisadçı AÇIQLADI

İqtisadçı qeyd edib ki, iri korporasiyalar sərmayə yatırmazdan əvvəl bir neçə ölkədəki şəraiti müqayisə edirlər:

“Ona görə də hər bir ölkə bu tip korporasiyaları cəlb etmək üçün münasib şərait yaratmalıdır. Bu şəraitin əsas şərtlərindən biri siyasi sabitlikdir. Ölkəmizdə də siyasi, hərbi sabitlik var. Azərbaycan sülhü bərqərar edib. İndi hüquqi məsələlər, rəqabət və digər məqamlar qalır. Boşluğun harada olduğunu müəyyən etmək üçün hüquqşünasa və ya iqtisadçıya ehtiyac yoxdur. Qlobal investorun özündən soruşanda niyə gəlmək istəmədiyini deyir. Gəlirsə, niyə gəldiyini də açıqlayır. Beləcə, həm çatışmayan, həm də müsbət tərəflər üzə çıxır. Əgər qlobal investor ölkəyə gəlmirsə, deməli, onu narahat edən bir məsələ var. Bunun nə olduğunu investorun özündən soruşanda birbaşa və ya dolayı yolla cavab almaq olur.

Biz hər hansı qeyri-adi fərqliliyə getmədən də bir çox ölkənin tətbiq etdiyi yanaşmalardan istifadə edə bilərik. Bu yanaşmaları düzgün tətbiq etməklə ölkəyə kifayət qədər qlobal investor cəlb edə bilərik”.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR